kriminal.az
Xərçəng diaqnozu qoyulan Keyt Middlton ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Keyt Middlton xərçəng diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Uels şahzadəsi ailəsi ilə birlikdə kral süvarilərinin "Trooping the Colour" illik paradında iştirak etmək üçün Bukinqem Sarayına gəlib.

Keyt Middlton əri Şahzadə Uilyam və üç uşağı ilə birlikdə maşında görüntülənib.

Xatırladaq ki, xərçəng diaqnozu qoyulan Middlton xeyli müddətdir müalicə alır və bu müddətdə ictimaiyyət qarşısına çıxmır.

Mənbə: News.sky.com

Top
0.10151505470276