İspaniyanın "Barselona" futbol klubu son yeddi il ərzində ən uzun məğlubiyyətsizlik seriyasını nümayiş etdirir.
Kriminal.az xəbər verir ki, Kataloniya təmsilçisi Hans-Diter Flikin rəhbərliyi altında 2025-ci ildə məğlubəyyin nə olduğunu bilmir.
Klub cari ildə keçirdiyi bütün görüşlərdə 20 qələbə qazanıb və dörd dəfə heç-heçə edib.
"Barselona" 2017/18 mövsümündən bəri belə uğurlu seriyaya imza atmamışdı.
Həmin mövsüm Ernesto Valverdenin rəhbərliyi altında klub 23 qələbə qazanmışdı və altı dəfə heç-heçə etmişdi.