Rusiyanın Rostov vilayətindəki 1 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər iki əməkdaşı girov götürüblər.
Bu barədə Rusiyanın Federal Penitensiar Xidməti "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, Penitensiar Xidmətin Rostov vilayəti üzrə Baş İdarəsinin rəisi, eləcə də qarşılıqlı fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri hadisə yerindədirlər. Hazırda girovların azad edilməsi üçün danışıqlar aparılır.
İdarədən bildirilib ki, istintaq təcridxanası normal rejimdə işləyir və vəziyyətə nəzarət olunur.