kriminal.az
Rusiya XİN:

"Qərb Ermənistana Rusiya və Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibəsi aparmaq üçün alət kimi baxır".

Bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib.

M.Qaluzinin sözlərinə görə, Qərbin məqsədi Ermənistanı "plasdarm" kimi istifadə edərək regionda növbəti gərginlik mənbəyi yaratmaqdır.

Rusiya rəsmisi iddia edib ki, Qərb paytaxtları öz maraqları naminə Ermənistanın sosial-iqtisadi vəziyyətini və təhlükəsizliyini qurban verməyə hazırdırlar.

"ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və İrəvanı ümumi inteqrasiya birliklərindən çıxarmağa cəhd edirlər", - deyə Mixail Qaluzin vurğulayıb.

Mənbə: TASS

Top
0.042570114135742