kriminal.az
Rusiyalı qadın qəbiristanlıqda çılpaq fotosessiya etdirdi, həbs olundu

Sankt-Peterburq məhkəməsi şəhərin Krasnoqvardeyski rayonundakı Bolşeoxtinskoye qəbiristanlığında fotosessiyada iştirak etdiyinə görə, qadını bir ay müddətinə həbs edib.

Bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Anna Panteleyeva Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir (ölənlərin meyitləri və onların dəfn yerlərinin təhqir edilməsi). Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq hesab edir ki, Panteleyeva və naməlum şəxslər Metallistov prospektindəki Bolşeoxtinskoye qəbiristanlığının ərazisində ictimai yerdə olarkən qəbirlərin önündə xristian simvollarından və əşyalarından istifadə edərək açıq şəkildə çılpaqlıq elementləri ilə fotosessiya keçirib və bu materialları internetdə yerləşdiriblər.

Mənbə: TASS

Top
0.050333023071289