kriminal.az
Gömrük orqanlarının bir qrup vəzifəli şəxsinə kompensasiya ödəniləcək

"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, əsasnamənin 59-cu maddəsi aşağıdakı redaksiyada verilib:

"59. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən ödənilir".

Bundan başqa, sənədə aşağıdakı məzmunda 59-1-ci maddə əlavə edilib:

"59-1. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir".

Eyni zamanda, dövlət başçısı "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

Top
0.04775595664978