2024-cü ilin əvvəlindən dünyada 3 000-dən çox meymunçiçəyinə yoluxma halı aşkar edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər bu xəstəliyə yoluxanların ümumi sayı 97 mini keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
"Bu gün meymunçiçəyi ictimai sağlamlıq üçün təhlükə olaraq qalır".
ÜST-nin meymunçiçəyi bölməsinin rəhbəri Rosamund Lyuis qeyd edib ki, may ayı ərzində 26 ölkədən 600-ə yaxın yoluxma faktı təsdiq olunub.
Onun sözlərinə görə, xüsusilə Afrikada yoluxma sayı artır:
"Aprel ayından bəri Cənubi Afrikada 13 təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb. Konqo Demokratik Respublikasında ilin əvvəlindən 9 291 nəfər bu xəstəliyə yoluxub, 419 nəfər isə dünyasını dəyişib.
ÜST-nin verdiyi məlumata görə, 2022-ci il yanvarın 1-dən 2024-cü il aprelin 30-dək dünyanın 117 ölkəsində 97 208 meymunçiçəyinə yoluxma halı, o cümlədən 186 ölüm faktı qeydə alınıb. Ən çox yoluxma halı ABŞ-də (32 820) qeydə alınıb.
Mənbə: TASS