kriminal.az
Laçın sakini:

"Ailəmlə çıxdığım yurduma tək oğlumla qayıdıram".

Bunu Kriminal.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Nəcibə Rəhimova deyib.

O qeyd edib ki, həmişə içində bir ümidlə yaşayıb ki, Laçın şəhəri işğaldan azad ediləcək:

"Laçın yolu yaşadığımız ərazidən keçdiyinə görə həmişə sıxıntı keçirirdik ki, öz doğma yurdumuza qayıda bilməyəcik. Amma ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük.

Bakıda 8-ci mikrorayonda köçkünlük həyatı yaşamışıq. Çox çətinliklər görmüşük, amma çox şükür ki, o günlər keçmişdə qaldı.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (65 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 534 ailənin (1971 nəfərin) daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Top
0.39264702796936