İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı Əş-Şucəiyyə bölgəsində HƏMAS-a qarşı hərbi əməliyyatlara başladığını bəyan edib.
"Gecə saatlarında qoşunlar bölgədə məqsədyönlü reydlər keçirməyə başlayıblar. Qoşunların yerləşdirilməsi ilə eyni vaxtda təyyarələr HƏMAS-ın hədəfinə zərbələr endirib", - qurumun bəyanatında deyilir.
Həmçinin qeyd olunur ki, əməliyyatdan əvvəl SAXAL Qəzza zolağının şimalındakı hədəflərə bir neçə zərbə endirib.
Nəticədə məktəb və obyektlərdə gizlənən onlarla HƏMAS silahlısı öldürülüb.