İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Siti" Londonun "Çelsi" klubunu məğlub edib.
Kriminal.Az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Qalib komandada Erling Haland və Mateo Kovaçiç dəqiq zərbələri ilə fərqləniblər.
Növbəti turda "Mançester Siti" öz meydanında "İpsviç Taun"la qarşılaşacaq. Oyun avqustun 24-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. "Çelsi" isə səfərdə "Vulverhempton"la üz-üzə gələcək. Bu oyun avqustun 25-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
"Şəhərlilər" 2023-2024 mövsümündə ardıcıl dördüncü dəfə Premyer Liqa çempionu olublar. Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 91 xal toplayıb, Londonun "Arsenal" klubu isə 89 xalla ikinci yerdə qərarlaşıb. Mövsümün sonunda baş məşqçi Yurgen Kloppun ayrıldığı "Liverpul" isə 82 xalla üçüncü yeri tutub.