Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messinin illik qazancı bir milyard avroya çata bilər.
Kriminal.Az "Fanzword"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçuya yenidən təklif göndərib.
Məlumata görə, 37 yaşlı futbolçu təklifi qəbul edərsə, bonuslarla birlikdə illik qazancı bir milyard avro ola bilər. "Əl-Hilal" klubu ötən yay argentinalı hücumçuya həftəlik 15-20 milyon avroluq təklif göndərmişdi.
Qeyd edək ki, futbolçu 2023-cü ildə PSJ-dən "İnter Mayami"yə keçib.