kriminal.az
Maliyyə problemi yaşayan Azərbaycan klubu heyətini əcnəbi futbolçu ilə gücləndirib

Maliyə problemləri yaşayan "Kəpəz" klubu heyətini "Səbail"in sabiq anqolalı futbolçusu Valdemar Almeyda ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, ötən mövsümü "Səbail"də keçirmiş anqolalı yarımmüdafiəçini qarşıdakı ildə də Premyer Liqada izləyəcəyik.

Portuqaliya vətəndaşlığı da olan orta sahə oyunçusu bu dəfə "Kəpəz"lə birillik anlaşıb.

Daha çox "Pana" ləqəbi ilə tanınan əcnəbi Anqola millisində 3 matç keçirib. "Pana"nın "Səbail"lə müqayisədə "Kəpəz"dən daha az maaş alacağı bildirilir.

Top
0.083544015884399