KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Assosiasiyalarının Konfederasiyası) Millətlər Liqasının oyununda fasilə yaranıb.
Kriminal.Az "Championat"a istinadən xəbər verir ki, fasiləyə səbəb Qayana prezidentini daşıyan helikopterin futbol matçının keçirildiyi meydançanın yaxınlığına eniş etməsi olub.
Yalnız helikopterin ərazidən uzaqlaşmasından sonra hakim Qayana və Surinam milliləri arasında keçirilən oyunun davam etməsinə icazə verib.