kriminal.az
Hindistan təyyarəsi Türkiyəyə məcburi eniş etdi - SƏBƏB

Göyərtəsində 247 sərnişinin olduğu Hindistan aviaşirkətinə məxsus "Air Vistara" təyyarəsi bomba xəbərləri səbəbindən Türkiyənin şərqində, Ərzurumda məcburi eniş edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "TRT" kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Mumbaydan Münhenə uçurmuş.

"Hindistan aviaşirkətinə məxsus təyyarənin uçuşu zamanı göyərtədə bomba təhlükəsi yaranıb. O Ərzurumda təcili eniş edib. Təyyarə hazırda təhlükəsiz zonadadır. Təyyarələrin hava limanından qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislərimiz yoxlanış aparırlar, əgər təhlükə təsdiqlənməsə, təyyarə uçuşa davam edəcək", - deyə Ərzurum valisi Mustafa Çiftçi bildirib.

Top
0.049032926559448