"Xarici qüvvələr illərdir Gürcüstanda öz namizədlərinin seçimində səhv edirlə"r.
Kriminal.Az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş nazirinin müavini Teya Tsulukiani bildirib.
Hökumət sədrinin müavini qeyd edib ki, Qərbin indi ideyaların həyata keçirilməsi üçün seçdiyi Prezident Salome Zurabişvili yumşaq desək, ölkədə və gürcü xalqı arasında fikirlərin formalaşdırılması üçün çəkiyə malik deyil.
"Zurabişvili sadəcə xaricdən və ya müxalifətçi Vahid Milli Hərəkatdan gələn tapşırıqları yerinə yetirir", - deyə baş nazirin müavini bildirib.
Tsulukianinin sözlərinə görə, illərdir xarici qüvvələrin Gürcüstanda öz namizədlərinin seçimində problemi var.
"Bu xarici qüvvələr Gürcüstanda siyasi proseslərə təsir etmək istəyirlər, amma onlar ağıllı insanlara, elementar dəyərlərə malik olanlara, gürcü xalqının rəğbətini qazananlara diqqət yetirə bilərlər. Zurabişvili siyasətdə var, amma siyasətçi kimi formalaşmayıb. Xaricdən onu dəstəkləyirlər, amma Gürcüstanda onun çəkisi yoxdur", - deyə Teya Tsulukiani əlavə edib.