kriminal.az
Qazaxıstanda 140-dan çox məktəbli zəhərlənib

Qazaxıstanın Manqistau şəhərində zəhərlənən məktəblilərin sayı 140 nəfəri keçib.

Kriminal.Az bu barədə Qazaxıstan mediasına istinadən məlumat verir.

Məlumata görə, kütləvi zəhərlənməsi hadisəsi Beşşoki kəndində qeydə alınıb.

Son məlumatlara görə, 141 uşaq həkimə müraciət edib. Onlardan 82 məktəbli poliklinikada, 43 nəfər evdə həkim nəzarətində, 16 uşaq xəstəxanada müalicə alır.

Qeyd edək ki, hadisə 8 saylı məktəbdə baş verib. Birinci növbənin 1-4-cü sinif şagirdləri məktəbin bufetində kütləvi şəkildə zəhərləniblər. Hadisəyə cavabdeh şəxslər məsuliyyətə cəlb edilib, rayon rəhbəri vəziyyəti şəxsi nəzarətinə götürüb.

Top
0.085196971893311