Aleksandr Maslyakovun ölümündən sonra çox güman ki, Dmitri Xrustalyov KVN-in aparıcısı olacaq.
Kriminal.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
Hələ 2024-cü ilin yazında mediada Maslyakovun "Şən və Hazırcavablar Klubu" (KVN) verilişinin daimi aparıcısı rolunu Xrustalyova təklif etdiyi barədə məlumat yayılmışdı.
2024-cü il mövsümünə artıq Dmitri Xrustalyov təkbaşına aparıcılıq edirdi, baxmayaraq ki, əvvəlcə Maslyakovun oğlu Aleksandr atasının aparıcılığına davam edəcəyini bildirərək bu xəbəri rədd etməyə çalışmışdı. Son bir neçə ildə KVN-də bir çox aparıcı olub. Bir mövsüm ərzində verilişin aparıcılığını Dmitri Nagiyev, Valdis Pelş, Aleksandr Oleşko, Timur Batrutdinov, İqor Vernik və Vadim Qalıqin ediblər.
Ancaq belə görünür ki, verilişin daimi aparıcısı Dmitri Xrustalyov olacaq, kiçik Aleksandr Maslyakov isə proqramın pərdəarxası işləri ilə məşğul olmağa davam edəcək.