kriminal.az
Əlcəzairin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib

Əlcəzairin Seçki Komissiyası ölkənin hazırkı lideri Abdulməcid Tebbunun yenidən prezident seçildiyini elan edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Əlcəzair seçki komissiyasının məlumatına görə, Tebbun səslərin 94 faizindən çoxunu qazanıb. Onun rəqibləri - islamçı Abduləli Həsəni Şerif və sosialist nümayəndəsi Yusif Auşiş müvafiq olaraq 3 faiz və 2.1 faiz səs toplayıblar.

Qeyd edək ki, sentyabrın 7-də Əlcəzairdə prezident seçkisi keçirilib. Seçki komissiyasının məlumatına görə, ölkədəki 24 milyon seçicidən 6 milyondan az adam iştirak edib.

Top
0.084917068481445