kriminal.az
Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpə iqamətgahında prezident kabinetinin toplantısı baş tutub.

Bu barədə Kriminal.Az Haber Global-a istinadən xəbər verir.

Məlumata görə, mətbuata qapalı keçirilən görüş 3 saat 45 dəqiqə davam edib.

Dövlət başçısı toplantıdan sonra mətbuata açıqlamalar verib. Ərdoğan bu günlərdə bütün ölkəni sarsıdan 8 yaşlı Narinin qətlinə də toxunub.

"Narin balamıza görə mütləq hesab çəkəcəyik. Məsələni şəxsən təqib edəcəyəm", - deyə Ərdoğan qeyd edib.

Top
0.064639091491699