kriminal.az
Rusiyada 115 nəfər şaurmadan zəhərlənib

Rusiyanın Seqeja şəhərində 115 nəfər şaurmadan zəhərlənib.

Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, Kareliya Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi federal büdcə səhiyyə müəssisəsinə şaurma istehlakı ilə əlaqəli kəskin bağırsaq infeksiyaları halları ilə bağlı 115 təcili bildiriş daxil olub. Onlardan 48-i 17 yaşadək uşaqlardır.

Hazırda qida məhsullarının laboratoriya tədqiqatları aparılır.

Top
0.075283050537109