kriminal.az
İranlı siyasətçi Ermənistandakı səfiri tənqid etdi:

İran parlamentinin Ərdəbildən olan keçmiş üzvü, hazırda tanınmış siyasətçi və jurnalist Məhəmməd Abbaszadə Meşkini İranın Ermənistandakı səfiri Mehdi Sübhanini sərt tənqid edib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, özünün "X" hesabında yazıb.

O, İranın Ermənistandakı səfirini öz vəzifəsində heç olmasa diplomatik etikaya riayət etməyə çağırıb.

"Sosial şəbəkələrdə ona aid edilən açıqlamalar doğrudursa, diplomata xəbərdarlıq edilməlidir. Sən İranın Ermənistandakı səfirisən, Ermənistanda Tehran üçün problemlər yaradan səfir yox!" - deyə siyasətçi vurğulayıb.

Top
0.10380291938782