İordan çayının qərb sahilindəki nümayişdə İsrail hücumu zamanı həlak olan Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyginin nəşi Tel-Əvivdən Bakıya gətirilib.
Kriminal.Az bu barədə "trtrhaber"ə istinadən xəbər verir.
Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və səfirlik əməkdaşları təhvil alıblar.
Bakıda Türkiyə bayrağına bükülən Eyginin nəşi Türk Hava Yollarının təyyarəsi ilə Türkiyəyə yola salınıb.