kriminal.az
Suriyadakı ABŞ bazası raket hücumuna məruz qalıb

Suriyadakı ABŞ Silahlı Qüvvələrinin Xarab əl-Cir bazası raket hücumuna məruz qalıb.

Kriminal.Az bu barədə "Al Mayadeen" telekanalına istinadən xəbər verir.

Kanal bu hücuma görə hansı tərəfin məsuliyyət daşıdığı barədə məlumatının olmadığını bildirir. Hadisə ilə bağlı digər detallar açıqlanmır.

Kürd birləşmələri Qərb koalisiyasının dəstəyi ilə hazırda Suriyanın Hasake və Raqqa əyalətlərinin böyük hissəsinə, həmçinin Deyr əz-Zor əyalətinin şimal-şərq rayonlarına nəzarət edir. 2015-ci ildən bəri ABŞ bu regionda "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün 12 hərbi baza yaradıb.

Top
0.22907900810242