kriminal.az
Mamuka Mdinaradze:

"ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar respublikada oktyabrın 26-da keçiriləcək parlament seçkisinə müdaxilədir".

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında bildirib.

"Bu, bir tərəfdən polisə, digər tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkisinə müdaxilədir", - deyə Mdinaradze vurğulayıb.

Top
0.22270107269287