kriminal.az
ABŞ qoşunlarının Nigerdən çıxarılmasını başa çatdırıb

ABŞ Afrika ölkəsinin hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq qoşunlarının Nigerdən çıxarılmasını vaxtında başa çatdırıb.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) bəyanatında deyilir.

"ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının Milli Müdafiə Departamenti ABŞ qüvvələrinin və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edir", - bəyanatda qeyd olunub.

Bildirilir ki, kontingentin çıxarılması heç bir problem olmadan baş tutub.

Top
0.10643100738525