Hindistan ABŞ-dən təxminən dörd milyard dollar dəyərində pilotsuz uçuş aparatı alacaq.
Kriminal.Az "Voennıy osvidamitel" "Telegram" kanalına istinadən xəbər verir ki, saziş çərçivəsində 31 ədəd "General Atomics MQ-9B SeaGuardian" uzaqmənzilli dronların tədarükü nəzərdə tutulur.
"MQ-9B SeaGuardian" xüsusi dizayn edilmiş havada toqquşmanın qarşısını alan avadanlıq və naviqasiya radarı ilə təchiz edilib.
Onun uçuş müddəti əhəmiyyətli dərəcədə (40 saatdan çox) artırılıb.