Portuqaliyada məktəbdə 12 yaşlı oğlanın hücumundan sonra ən azı 6 azyaşlı bıçaqlanıb.
Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, oğlan Azambuja ərazisində yaşadığı məktəbin şagirdlərinə bıçaqla hücum edib. Zərərçəkənlər 11-14 yaş arası yeniyetmələrdir. Onlardan biri ağır, beşi isə yüngül xəsarət alıb.
Hücum edənin motivləri hələlik məlum deyil.