kriminal.az

"Air France" və "Lufthansa" aviaşirkətləri yerlərdəki təhlükəsizlik vəziyyətinə görə Təl-Əvivə (İsrail) uçuşları dayandırdıqlarını bəyan ediblər.

Kriminal.Az bu barədə "İnterfaks"a istinadən məlumat verir.

"Air France", həmçinin regionda gərginliyin artması narahatlığı səbəbindən cümə axşamına qədər Beyruta uçuşları dayandırır.

Bu bəyanatlar çərşənbə axşamı Livanda peycer partlayışı nəticəsində son məlumatlara görə 11 nəfərin öldüyü, 4 min nəfərin yaralandığı hadisədən sonra verilib.

Top
0.087987899780273