Rusiyanın Smolensk şəhərində lotereyada böyük məbləğ udan kişi bir neçə gün əvvəl yuxusunda pişik görüb və pişiyin ona maddi uğur barədə proqnoz verdiyini iddia edir.
Bu barədə Kriminal.Az KP.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, camaat arasında belə yuxular maliyyə uğurunun əlaməti hesab edilir.
Məlumata görə, tirajda 140 milyon rubl (2 milyon 500 min manatdan çox) məbləğində supermükafat qazanan kişi üç ildir ki, lotereyalarda iştirak edir.
"Qələbədən bir neçə gün əvvəl yuxumda pişik gördüm və o, bütün mənzili çirkləndirmişdi", - deyə kişi qeyd edib.
Təzəliklə milyonçuya çevrilən kişi özünün avtomobil nəqliyyatı sahəsində biznesinin olduğunu bildirib. O, qazandığı məbləği böyük torpaq sahəsi olan bağ evinin alınmasına xərcləməyi planlaşdırır.
Onun sözlərinə görə, çoxdan belə bir arzusu olub, lakin indi bunu reallaşdırmaq üçün əlindəki əmlakı satmağa ehtiyac qalmayacaq.