kriminal.az
Keçmiş vəkil Elman Paşayev Moskva məhkəməsinə gətirildi

Dələduzluqda ittiham olunan və keçmiş vəkil Elman Paşayev və Moskva Qarnizonu Hərbi Məhkəməsinə gətirilib.

Bu barədə Kriminal.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, onun barəsində həbs qəti imkan tədbirinin seçilməsi planlaşdırılır.

Məlum olduğu kimi, Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqla (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs olub. Müstəntiqlərin sözlərinə görə, fevral ayında o, bloqer Yelena Blinovskayanın əri Alekseylə görüşüb və böyük məbləğ qarşılığında ər-arvadı cinayət məsuliyyətindən azad edəcəyinə söz verib. Söhbət ən azı 46 milyon rubldan (850 min manatdan çox) gedir.

Hazırda Aleksey Blinovski Paşayevə qarşı cinayət işinin istintaqında zərərçəkmiş tərəf hesab olunur.

Keçmiş vəkil Elman Paşayevin dələduzluq işi üzrə 10 il müddətinə həbs oluna biləcəyi bildirilir.

Keçmiş vəkil Elman Paşayev Moskva məhkəməsinə gətirildi

Keçmiş vəkil Elman Paşayev Moskva məhkəməsinə gətirildi

Top
0.042104005813599