Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Livan mediası bildirir.
Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.
Partlayış səsləri yaşayış binalarında da eşidilir.