İsrailin baş naziri Binyamin Netanyahu Livanda rabitə vasitələrinin partladılması ilə bağlı insidentlərdən sonra ilk dəfə həmvətənlərinə müraciət edərək, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Artıq demişəm ki, şimal sakinlərini sağ-salamat evlərinə qaytaracağıq. Biz elə də edəcəyik" , - baş nazirin dəftərxanası tərəfindən yayılan on saniyəlik müraciətində Netanyahu bildirib.