Belarusda hökuməti devirmək istəyən sui-qəsdçilər ölkə Prezidenti Aleksandr Lukaşenkonun helikopterini vurmağı planlaşdırırmışlar.
Kriminal.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, iş üzrə təqsirləndirilən şəxslərdən biri Yuri Zenkoviç cinayət niyyətləri barədə etiraf edib.
"Dövlət başçısının helikopterini ya havaya qalxarkən, ya da enərkən iriçaplı pulemyotdan vurmağa hazırlaşırdıq", - deyə Zenkoviç bildirib.
Qeyd edək ki, 2022-ci ildə Yuri Zenkoviç Belarusda hakimiyyəti ələ keçirmək cəhdində təqsirli bilinib və məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını gücləndirilmiş rejimli koloniyada çəkir.