kriminal.az
İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artdı

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Cənubi Xorasan vilayətinin qubernatoru Məhəmməd Əli Axundi məlumat verib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə ölənlərin sayının daha da artması ehtimalı var.

İranın şərqindəki Cənubi Xorasan vilayətində kömür mədənində metan qazı partlaması baş verib.

Kriminal.Az bu barədə "İzvestiya"a istinadən məlumat verir.

Təbii fəlakətdə 19 mədənçi həyatını itirib.

İran dövlət televiziyasına açıqlama verən Cənubi Xorasan vilayətinin valisi Cavad Kanaat ötən gecə vilayətin Tebes rayonundakı kömür mədəninin iki blokunda metan qazı partlayışının baş verdiyini bildirib.

Daha 17 mədənçinin yaralandığını bildirən İran rəsmisi mədəndəki bloklarda ümumilikdə 69 nəfərin çalışdığını və mütəxəssis qruplar tərəfindən sıxışanların xilasedilməsi işlərinin davam etdiyini qeyd edib.

Top
0.089293956756592