kriminal.az
Almaniyada həftə ərzində üçüncü PARTLAYIŞ

Almaniyanın qərbində Bonn yaxınlığındakı yaşayış binasının girişində baş verən partlayış həftənin əvvəlindən regionda üçüncü belə hadisədir.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, xəsarət alan olmayıb.

Hadisə Bonnla həmsərhəd olan və Köln inzibati ərazisinə aid Vaxtberq icmasında baş verib. İlkin məlumatlara görə, söhbət aşağı gücə malik partlayıcı qurğudan gedir. Şübhəlilərin axtarışı hələ ki heç bir nəticə verməyib.

Polis hadisə ilə bu həftə Kölndə baş verən partlayışlar arasında əlaqənin olduğunu istisna etmir. Hüquq-mühafizə orqanları insidentlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Niderland mütəşəkkil cinayətkar qruplarının əli ola biləcəyini düşünür.

Top
0.084417104721069