kriminal.az
Şimali Koreya Cənubi Koreyaya yenidən zibil şarları göndərib

KXDR yenidən cənub qonşusuna zibil şarları göndərib.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Seul rəsmiləri məlumat yayıb.

"Şimali Koreya yenidən cənuba doğru zibil şarları buraxır", - deyə Seul meriyasından bildirilib.

Sonuncu dəfə oxşar hadisə sentyabrın 18-də baş vermişdi.

Qeyd edək ki, indiyədək belə aksiyalar dəfələrlə təkrarlanıb. Pxenyan cənubi koreyalı fəalların təbliğat vərəqələri atılmasını cavabsız qoymayacağını bəyan edib.

Top
0.14773488044739