İsrail hökuməti 48 saat ərzində bütün ölkədə "xüsusi vəziyyət" tətbiq etmək barədə qərar verib.
Bu barədə Kriminal.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, "xüsusi vəziyyət" mülki müdafiə səylərini optimallaşdırmaq üçün mülki əhali üzərində hakimiyyət orqanlarına daha böyük səlahiyyətlər verir.