"ABŞ administrasiyası regionda gərginliyin artması ilə əlaqədar Yaxın Şərqə əlavə qüvvələr göndərir. Onların sayı açıqlanmır".
Kriminal.Az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
"Yaxın Şərqdə artan gərginlik fonunda ehtiyatlı davranaraq, bölgədəki qüvvələrimizi gücləndirmək üçün kiçik bir əlavə ABŞ hərbi kontingentini göndəririk. Əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, şərh vermirik və konkret təfərrüatları açıqlamırıq", - Pentaqonun nümayəndəsi bəyan edib.