Ermənistan Azərbaycanın Söyüdlü (Zod) qızıl yatağı ilə həmsərhəd Sotk qızıl yatağında hasilatı bərpa edib.
Kriminal.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan məlumat verib.
Qeyd olunur ki, 2025-ci ilin ikinci yarısına qədər yataqda hasilatı ildə 400 min ton layihə gücünə çatdırmaq planlaşdırılır. Hazırda illik güc 100-150 min ton təşkil edir.
O.Arutyunyanın sözlərinə görə, hasilatın dayandırılmasının əsas səbəbi mədənin yer səthinə yaxın yerləşən ehtiyatlarının tükənməsi olub.