kriminal.az
Antalyalı baş pəhləvan öldü

Antalyadan olan 42 yaşlı güləşçi, baş pəhləvan Ali Altun dünyasını dəyişib.

Bu barədə Kriminal.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Antalyanın Döşemealtı Bələdiyyəsinin idmançısı Ali Altunun Konyaaltı rayonunda məşq etdiyi idman zalında halı pisləşib.

Yaxınlıqdakı özəl xəstəxanaya çatdırılan güləşçini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun infarkt keçirdiyi və bu səbəbdən öldüyü bildirilir.

Top
0.10614204406738