Elektrikli avtomobillər üzrə ixtisaslaşmış "Sony Honda Mobility" "Tesla" ilə razılığa gələrək, şirkətin şarj sistemləri standartını və stansiyalarını istifadə edəcək.
Kriminal.Az xəbər verir ki, bu barədə Drom.ru portalı məlumat verib.
Qeyd olunur ki, Şimali Amerika və Yaponiya bazarları üçün nəzərdə tutulan birgə müəssisə tərəfindən yaradılan "Afeela" elektromobilləri müvafiq konnektorla (elektrik xətlərini bir-birinə bağlamaq üçün istifadə edilən cihaz) təchiz ediləcək.
Öz növbəsində, "Tesla"nın şarj biznesi direktoru Maks de Zeger bildirib ki, "Tesla" dünyada ən böyük elektrikdoldurma stansiyaları şəbəkəsini qurur.