"Emirates" aviaşirkəti öz təyyarələrində peycerlərin və bir sıra simsiz rabitə vasitələrinin daşınmasını qadağan edib. Qadağa həm baqaj, həm də əl yükü üçün tətbiq edilir.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə daşıyıcının bildirişində deyilir.
Qeyd edək ki, qadağa sentyabrın 17 və 18-də Livanın müxtəlif ərazilərində çoxlu sayda rabitə qurğuları, əsasən peycerlər və ratsiyaların partlayışları ilə bağlıdır.
Livan hakimiyyətinin məlumatına görə, insident nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Livan "Hizbullah" hərəkatı partlayışların təşkilində İsraili günahlandırıb.