kriminal.az
Bekhemlər 78,5 milyon dollara yeni ev alıblar

Keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya ilə birlikdə 78,5 milyon dollara ev almaq qərarına gəlib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumdur ki, malikanə Mayamidə yerləşir. Evin pəncərələri dənizə baxır. Burada doqquz yataq otağı, dörd vanna otağı, mətbəx, kinoteatrı, idman zalı, spa və hovuz var.

Qeyd edək ki, Viktoriya Devid Bekhemlə 1997-ci ildə tanış olub. Onlar 4 iyul 1999-cu ildə evləniblər. Məşhurların Bruklin, Kruz və Romeo adlı oğulları və Harper adlı qızı var.

Top
0.29985284805298