kriminal.az
Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.

Kriminal.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:

"Görüşümüzdə qurumun hökumətlərarası fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirdik".

Top
0.037651062011719