kriminal.az
Baydenin Harrislə münasibətləri pisləşib

ABŞ-nin hazırkı Prezidenti Co Bayden və Vitse-prezident Kamala Harris arasında münasibətlər Donald Trampın prezident seçkisində qalib gəlməsindən sonra gərginləşib.

Kriminal.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, birinci xanım Cill Bayden hələ 2020-ci il seçkisində indiki prezidenti debatda təhsil sistemində ayrı-seçkiliyin aradan qaldırılması üçün federal proqramlara qarşı çıxmaqda ittiham etdiyi vaxtdan bəri Kamala Harrisin pərəstişkarı olmayıb.

Eyni zamanda qəzet yazır ki, Ağ Ev rəsmi olaraq dövlət başçısı ilə vitse-prezident arasında münasibətlərdə problemlərin olmasını təsdiq etmir.

Top
0.043543100357056