Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu, 2014/2015 mövsümündə Premyer Liqanın bombardiri Nurlan Novruzov I Liqada çıxış edəcək.
Kriminal.Az xəbər verir ki, 31 yaşlı hücumçu "Qaradağ-Lökbatan"la anlaşıb.
Qeyd edək ki, Novruzov son illər xarici klublarda çıxış edib: "Dinamo-Auto" (Moldova), "Narva-Transe" (Estoniya), "Lalitpur Siti" və "Machhindre" (hər ikisi Nepal), "Jonave" (Litva).