kriminal.az
Joze Mourinyo İtaliya nəhənginin təklifini geri çevirib

Türkiyənin "Fənərbağça" klubunu çalışdıran Joze Mourinyo İtaliya nəhəngi "Milan"ın təklifini geri çevirib.

Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı "Milan" klubun rəsmiləri ilə görüşərək mövsümü "sarı-lacivətlər"də başa vurmaq istədiyini bildirib.

Joze Mourinyo mövsüm sonunda İtaliya klubunun başına mümkün keçidinə isə razılıq verib.

Qeyd edək ki, Joze Mourinyo sonuncu dəfə İtaliyanın "Roma" klubunu çalışdırıb.

Top
0.054715156555176