Türkiyə nəhəngi "Qalatasaray" "Mançester Siti" klubunun ulduz futbolçusu İlkay Gündoğanla danışıqlar aparıb.
Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, əslən Türkiyədən olan almaniyalı yarımmüdafiəçi "Qalatasaray" rəsmiləri ilə görüşərək mövsüm sonunda etibarən "sarı-qırmızılar"da çıxış edə biləcəyini deyib.
"Qalatasaray" rəsmiləri isə cavab olaraq: "Biz sizin nə qədər yaxşı "Qalatasaray" oyunçusu olduğunuzu bilirik. Klubunuzdan ayrılsanız, qapımız hər zaman açıqdır", - deyiblər.
Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti" forması ilə 25 oyunda meydana çıxıb, iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.