"Kəpəz" komandası futbolçusu Orxan Əliyevlə yollarını ayıraraq "Turan Tovuz" klubuna keçib.
Kriminal.Az xəbər verir ki, bu gün hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mövsümün əvvəlində Gəncə təmsilçisi ilə anlaşan 29 yaşlı forvard artıq bu gün "Turan Tovuz"un toplanışında iştirak etmək üçün Türkiyəyə yollanıb.
Qeyd edək ki, Əliyev mövsümün ilk yarısında "Kəpəz"in heyətində 16 oyuna çıxıb və dörd qol vurub.