kriminal.az

Rumıniyanın "Qloriya Buzau" futbol klubu Antalyada (Türkiyə) təlim-məşq toplanışı çərçivəsində Azərbaycanın "Turan Tovuz" komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Kriminal.Az xəbər verir ki, qarşılaşma yanvarın 9-da baş tutacaq. Görüşün başlama vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, "Qloriya Buzau" Rumıniya Superliqasının autsayderidir və turnir cədvəlində sonuncudur.

Kurban Berdıyevin komandası daha bir oyun keçirməyi planlaşdırır, amma rəqib hələ müəyyənləşməyib.

Top
0.0450758934021